Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məhkumlar Paşinyana qarşı çıxırlar

Məhkumlar Paşinyana qarşı çıxırlar

27.09.2021 [14:15]

yeniazerbaycan.com Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir ki, məğlub ölkənin həbsxanalarında Paşinyan hakimiyyətinə qarşı narazılıq dalğası getdikcə artır: “Belə ki, məhbusların əksəriyyəti sentyabrın 21-də qeyd edilən müstəqilliyin 30 illiyinə qədər amnistiya elan olunacağını gözləyirdilər. Ənənəyə görə həmin gün və xüsusən də yubiley illərində bayram münasibətilə amnistiya elan edilir və bir çox məhkum üstünlüklərdən istifadə edirdi. Lakin bu il amnistiya aktı qəbul edilmədi”.

Nəşrin yazdığına görə, hazırda bu sahədə də Ermənistanda vəziyyət dəyişib: “Əvvəllər siyasi hakimiyyət amnistiyanı vətəndaşları cəmiyyətə qazandırmaq üçün deyil, öz maraqları üçün istifadə edirdi. Belə ki, kriminal avtoritetlərlə sövdələşməyə gedərək amnistiyadan hakimiyyətin maraqlarını qorumaq və iqtidara dəstək almaq üçün yararlanırdılar. Müharibədən sonrakı dövrdə məhbusların çoxu Paşinyana və indiki hakimiyyətə qarşı çıxdıqları üçün onlara münasibət də fərqlidir”.

Qəzet yazır ki, qeyd edilən səbəblərdən Ermənistandakı həbsxanalarda olan məhbuslar və onların yaxınları indiki hakimiyyətdən narazıdırlar.

Paylaş
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31