Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlləri kəsiləcək - “Taliban”ın oğrulara verəcəyi cəza

Əlləri kəsiləcək - “Taliban”ın oğrulara verəcəyi cəza

27.09.2021 [14:15]

yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirən “Taliban” hərəkatının qurucularından Molla Nurəddin Turabi oğrulara tətbiq olunacaq cəzanı açıqlayıb.

Xəbərdə qeyd edilir ki, bütün dünya ictimaiyyətinin həftələrlə Əfqanıstandan gələn xəbərlər və görüntülərə diqqət yetirməsinin səbəbi 20 ildən sonra ölkəyə nəzarəti bərpa edən “Taliban”ın loyal mesajlarının nəticəsinin necə olacağı ilə bağlı idi. Qəzet yazır ki, ölkədən gələn son xəbərlər “Taliban”ın əvvəlki dövrdəkinə oxşar idarəetmə sistemi quracağını göstərir. Belə ki, bunu təsdiqləyən bəyanatla çıxış edən “Taliban”ın liderlərindən Turabi oğruların “əllərinin kəsilməsi” cəzasının bərpa olunacağını açıqlayıb.

Ölkənin paytaxtı Kabildə “Associated Press”ə açıqlama verən Turabi bəyan edib ki, “heç kim bizə qanunlarımızın necə olacağını söyləyə bilməz”. Turabi onu da əlavə edib ki, “Taliban”ın ilk hakimiyyəti dövründən fərqli olaraq bu cəza meydanlarda yerinə yetirilməyəcək.

Paylaş
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31