Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaponiya ilə Cənubi Koreya arasında qarşıdurma

Yaponiya ilə Cənubi Koreya arasında qarşıdurma

27.09.2021 [14:17]

yeniazerbaycan.com-un xarici ölkə KİV-nə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya Yaponiya hökumətinin “Fukushima Daiichi” atom-elektrik stansiyasından təmizlənmiş çirkab sularını okeana axıtmaq planına qarşı çıxıb. Belə ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada keçirilən 65-ci Baş Assambleyasına qatılan Cənubi Koreya və Yaponiya nümayəndələri “Fukushima” məsələsində qızğın mübahisə ediblər.

Toplantıda çıxış edən Cənubi Koreya Elm nazirinin birinci müavini Yonq Honq-taek rəsmi Tokionun “Fukushima Daiichi” atom elektrik stansiyasından təmizlənmiş çirkab sularını okeana axıtmaq planını “birtərəfli addım” kimi xarakterizə edərək, Yaponiyadan qərara yenidən baxmasını tələb edib.

Planın həyata keçirilməsi zamanı “qərəzsizlik, şəffaflıq və təhlükəsizlik” baxımından BAEA-nın vəzifəsinin əhəmiyyətini vurğulayan Yonq ölkəsinin tullantıların boşaldılması prosesinin gedişi üçün BAEA-nın yoxlama qrupuna daxil olmaq istəyini bir daha ifadə edib.

Yaponiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Hikihara Takeşi Tokio hökumətinin bu prosesdə BAEA ilə sıx əməkdaşlığı davam etdirdiyini söyləyib. Cənubi Koreyanın iddialarını inkar edən Hikihara ölkəsinin elmi sübutlarla məlumat verdiyini və ikitərəfli, regional və beynəlxalq dialoqu təşviq etdiyini də vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın baş naziri Suqa Yoşihide cari ilin aprel ayında 10 il əvvəl meydana gələn zəlzələ və sunami nəticəsində qəza baş vermiş atom-elektrik stansiyasında yığılan çirkab sularının Sakit Okeana axıdılacağını açıqlayıb.

Xatırladaq ki, qonşu ölkələr, o cümlədən Çin, Cənubi Koreya və Tayvan Tokio hökumətinin qərarına sərt reaksiya verdiyi halda, ABŞ bu addımı “anlayışla qarşıladığı”, BAEA-nı isə dəstəklədiyi barədə bəyanatla çıxış edib.

Paylaş
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31