Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “İlk qadın bankı” ABŞ-da

“İlk qadın bankı” ABŞ-da

27.09.2021 [14:19]

yeniazerbaycan.com Rusiyanın “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu günlərdə ABŞ-ın Çikaqo şəhərində “İlk qadın bankı” (First Women’s Bank) fəaliyyətə başlayıb. Sayt yazır ki, belə bir maliyyə institutunu yaradanlar sahibkarlıq mühitində gender fərqini aradan qaldırmaq və qadınların iş üçün pul qazanmasını asanlaşdırmaq istəyirlər.

“İlk qadın bankı”nın sahiblərindən biri Melissa Uayden hesab edir ki, ABŞ-ın biznes mühitində qadın və kişilərin kapitala qeyri-bərabər çıxışı var. O, qadınların rəhbərlik etdiyi müəssisələrə bankların kreditləri daha az verdiyini, kişilərin isə daha çox iflas etdiyini göstərən müvafiq araşdırmaya istinad edir. Bankın baş direktoru Marianna Markovic deyib ki, gender bərabərliyinin təbliği xüsusi “piar” (PR) kampaniyası deyil, son bir neçə ildə daha da gərginləşən problemin həllinə kömək etmək üçün real bir fürsətdir.

Xəbərdə o da qeyd edilir ki, sözügedən bankın işçiləri pul krediti ilə yanaşı, amerikalı qadınlara işlə bağlı məsləhətlər verəcək və öz bizneslərini inkişaf etdirmək üçün bütün mərhələlərdə onlara kömək edəcəklər. Bu zaman qaradərili qadınlara xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, “İlk qadın bankı” ABŞ-ın bir sıra iri şirkətləri tərəfindən də dəstəklənir: “Wendy’s” restoranlar şəbəkəsi, “Comcast” media korporasiyası və Tennis şöhrəti beynəlxalq zalı. Bu arada keçmiş tennisçi Billi Cin Kinq də bankın investoru və məsləhətçisi olub.

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31