Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub

Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub

27.09.2021 [15:30]

Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərimizin xatirəsi sentyabrın 27-də respublikamızın hər tərəfində olduğu kimi, işğaldan azad olunan Şuşa şəhərində - Yuxarı Gövhər ağa məscidində də ehtiramla anılıb. Dindarlar namaz qılaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxuyublar.

Qafqaz Müsəlmanları İdarəsinin qazisi Hacı Rauf Sərdarov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərək qanları və canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Xalqımız qəhrəman oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

“Bu gün biz müharibənin ildönümünü qeyd edirik. Bütün məscidlərdə insanlar ibadət elədilər, quran oxudular, şəhidlərin ruhları yad olundu. Şəhidlik elə bir məqamdır ki, Allah onu Qurani Kərimdə tərif edir. Şəhidlik zirvəsindən üstün məqam, dəyər yoxdur. Şəhidlər bizə mənəvi kimliyimizi, dəyərimizi qaytardılar. Bu gün önündə dayandığımız Yuxarı Gövhər ağa məscidi xalqımızın mənəvi bir nemətidir. Bu neməti bizə qaytaran, məhz, şəhidlərimiz, qazilərimiz oldu. Biz 30 il ərzində məscidlərimizdə dualar edirdik ki, torpaqlarımız düşmən tapdağından azad olunsun. Şükürlər olsun, bu gün Allah bunu bizə bəxş elədi. Artıq bu məscidlərdə ibadət edir, azan səsi eşidirik. Şəhidlər bizə şərafət gətirdilər, öz ölməzlikləri ilə bizə sevinc bəxş etdilər. Arzu edirik ki, bayrağımız daim ucalsın, xalqımız firavan yaşasın”.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31