Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İşğaldan azad olunmuş Füzuli rayonuna kommersiya məqsədli ilk sınaq uçuşu reallaşıb

İşğaldan azad olunmuş Füzuli rayonuna kommersiya məqsədli ilk sınaq uçuşu reallaşıb

27.09.2021 [15:31]

Müxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçi kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyahətçilər sentyabrın 27-də təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına eniblər. Bakı-Füzuli marşrutu üzrə uçuş təxminən 35 dəqiqə davam edib.

Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olublar.

“İllər sonra Füzuli hava limanına səfər etmiş ilk xarici qonaqlarıq. Bundan qürur duyuruq. Qarşıda Qarabağda keçirəcəyimiz uzun bir gün var. Bizi burada qəbul etdiyinizə görə minnətdarıq. Regionun tarixi barədə daha çox öyrənmək, məlumat toplamaq istəyirik”, - deyə jurnalistlərə açıqlamasında “Extreme Travelers International Congress” (Ekstrim Səyyahlar Beynəlxalq Konqresi) təşkilatının rəhbəri Koje Şporli bildirib.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı səyyahlar iştirak edir.

Bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır.

Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad olunan Füzuli rayonunda Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə beynəlxalq aeroport tikilib. Bu il sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş edib. Azərbaycanın “Airbus A340-500” və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarələri texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirib.

Paylaş
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31