Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağdam Cümə məscidində şəhidlərimizin xatirəsi anılıb

Ağdam Cümə məscidində şəhidlərimizin xatirəsi anılıb

27.09.2021 [15:32]

27 sentyabr - Anım Günü Ağdam Cümə məscidində də qeyd olunub. Ağdamlılar şəhidlərimizin əziz xatirəsini 28 ildən sonra işğaldan azad olunan doğma torpaqlarında yad edib, ruhuna dualar oxuyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cümə məscidində din xadimlərinin iştirakı ilə namaz qılınıb və Qurandan ayələr oxunub.

Bildirilib ki, ötən ilin bu günu Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olundu. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı. Digər torpaqlarımızla bərabər, Üçtərəfli Bəyanata uyğun olaraq, ötən il noyabrın 20-də Ağdamın işğal altında olan hissəsi də düşməndən azad edildi.

Mərasim zamanı Ağdamda erməni vəhşiliyindən, talan edilən tarixi-dini abidələrimizdən də söhbət açılıb. Bildirilib ki, 30 ilə yaxın erməni terroruna  məruz qalan Ağdam şəhəri xarabalığı xatırlatsa da, artıq əsl sahiblərinə qovuşub. Ağdamda həyat öz axarına qayıdır. Tikinti-qurucluq işlərinə start verilib və yaxın gələcəkdə Ağdam gözəl bir diyara çevriləcək.

Ağdamda şəhidlərimizin Anım günündə iştirak edənlər arasında Prezidentin Ağdam üzrə xüsusi nümayəndiliyinin üzvləri, Ağdam və Bərdədən olan din xadimləri, o cümlədən Ağdamda xidmət keçən polis əməkdaşları və hərbçilər iştirak ediblər.

Şəhidlərimizin xatirəsi yad edildikdən sonra tədbir iştirakçıları Cümə məscidinin önündə televiziya vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım günü ilə əlaqədar xalqa müraciətini dinləyiblər.

Paylaş
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31