Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Vətən müharibəsi qəhrəmanlarının xatirəsi yad edilib

Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Vətən müharibəsi qəhrəmanlarının xatirəsi yad edilib

27.09.2021 [15:37]

Düz bir il bundan əvvəl başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı təxminən 30 illik işğaldan azad edib.

AZƏRTAC xəbər verir ki, bütün ölkə ərazisində bu tarixi hadisənin ildönümü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına həlak olmuş vətən övladlarının xatirəsinə həsr olunan tədbirlər keçirilir. Həmçinin erməni təcavüzünün qurbanına çevrilən dinc sakinlərin də xatirəsi yad edilir.

Qeyd edək ki, Azərbaycan Ordusunun sıralarında ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri vuruşub. Onların arasında öz müqəddəs borclarını yerinə yetirərkən həlak olan etnik ruslar da var.

Sentyabrın 27-də Bakıda, Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Vətən müharibəsi şəhidlərinin anma mərasimi keçirilib.

Şəhidlərin ruhuna dualar oxunub. İbadət mərasimi kilsənin baş keşişi, protoierey Leonid Miltıxın rəhbərliyi ilə icra edilib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının mətbuat katibi, protoierey Konstantin Pominov jurnalistlərə müsahibəsində bildirib ki, millətindən və dini etiqadından asılı olmayaraq, Azərbaycan Ordusunun bütün hərbçiləri doğma torpaqlarını müdafiə edərək son damla qanlarınadək vuruşublar. Şəhidlərin – Vətən müharibəsi qəhrəmanlarının xatirəsi əbədi yaşayacaq.

Konstantin Pominov onu da vurğulayıb ki, Azərbaycan rəhbərliyi ölkədə bütün millətlərin və dinlərin nümayəndələri arasında dostluq və mehriban qonşuluq ab-havasının hökm sürməsindən ötrü əlindən gələni edir. Bizim ölkəmizi parlaq gələcək gözləyir.

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31