Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Azadlıq Radiosu”ndan növbəti provakasiya...

“Azadlıq Radiosu”ndan növbəti provakasiya...

29.09.2021 [15:26]

Azərbaycan dövləti və cəmiyyəti Vətən müharibəsi qəhrəmanlarına - ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərir. 27 sentyabr - Anım Günündə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, gənc kursantlar və hərbçilərin iştirak etdiyi yürüş həm ölkəmizdə, həm də dünya mediasının diqqət mərkəzində olub. Sosial şəbəkə istifadəçiləri yürüşdən fotolar paylaşaraq Vətənə sevgi, şəhidlərimizə ehtiram ifadə ediblər. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində də şəhidlərin məzarları ziyarət edilərək əziz xatirələri yad olunub.

Təəssüflər olsun ki, bəzi media resursları sosial şəbəkədə paylaşdıqları materiallarda qeyri-adekvat ifadələrdən istifadə etməklə ciddi yanlışlığa yol verirlər. Konkret olaraq, “Azadlıq Radiosu” şəhidlərimizin məzarlarının ziyarət edilməsi və əziz xatirələrinin yad olunması ilə bağlı videomaterialı “27 sentyabr - Müharibə qurbanları Azərbaycanda yad edilib” qeydi altında paylaşıb. Azərbaycanın qələbəsinin, xalqımızın fədakarlığının və qəhrəmanlığının mahiyyətinə zidd olan “müharibə qurbanları” ifadəsindən istifadə olunması elə sosial şəbəkədə ciddi narazılıqla qarşılanıb. Hətta bəzi sosial media istifadəçiləri bu addımı “Azadlıq Radiosu”nun provakasiyası kimi dəyərləndirib.

İctimaiyyətin reaksiyası tamamilə haqlı və yerindədir. Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda öz üzərinə düşən vəzifəni şərəflə, ləyaqətlə və cəsarətlə yerinə yetirən, şəhidlik zirvəsinə yüksələn Vətən övladları “müharibə qurbanları” deyil, Vətən müharibəsi qəhrəmanlarıdır. Bu, milli qürur, milli ləyaqət və milli mənəviyyat məsələsidir.

“Azadlıq Radiosu”nun sosial şəbəkə hesablarında bu ifadədən istifadəsi, Vətən müharibəsi qəhrəmanlarını “müharibə qurbanları” kimi təqdim etməsi sayğısızlıq sindromunun göstəricisidir.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31