Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BMT-dən şərt: “Taliban” qızların təhsil hüququnu təmin etməlidir

BMT-dən şərt: “Taliban” qızların təhsil hüququnu təmin etməlidir

29.09.2021 [15:26]

“Qızlar təhsil ala bilməsələr, “Taliban” beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstanın de-fakto hakimiyyəti kimi tanınmayacaq”. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd deyib.

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Əfqanıstanda qızların təhsilinə həsr olunmuş müzakirələrdə çıxış edən Ə.Məhəmmədin sözlərinə görə, bu məsələ Əfqanıstandakı hakimiyyətin de-fakto tanınması ilə bağlı danışıqların mərkəzindədir. O, qızların və qadınların təhsil hüququnun təmin olunmasının Əfqanıstana beynəlxalq yardım üçün şərt kimi qoyulacağını da təsdiqləyib. “Bu məsələdə geri çəkilməməliyik. Tanınma yalnız hər kəs üçün məcburi olan müəyyən dəyərlər və hüquqlara hörmət göstərilməsi halında mümkündür”, - deyə bildirən Ə.Məhəmmədin sözlərinə görə, təhsil, xüsusən də qızlar və qadınların təhsilə cəlb edilməsi əsas tələbdir.

BMT Baş katibinin birinci müavini, həmçinin beynəlxalq ictimaiyyəti öz təcrübələrinə əsaslanmağa və son 20 ildə Əfqanıstandakı qadın və qızların təhsilində əldə edilən tərəqqinin dayandırılmasına imkan verməməyə çağırıb.

Paylaş
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31