Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Paris Sazişini ratifikasiya etməyə hazırdır

Türkiyə Paris Sazişini ratifikasiya etməyə hazırdır

29.09.2021 [15:27]

“Türkiyə cari ilin noyabr ayında Böyük Britaniyanın Şotlandiya əyalətinin Qlazqo şəhərində keçiriləcək İqlim Dəyişikliyi Zirvəsinə qədər İqlim üzrə Paris Sazişinin təsdiqlənməsi prosesini başa çatdıracaq”. yeniazerbaycan.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasından sonra ölkənin televiziya kanalları vasitəsilə çıxışında bildirib.

“Ölkəmizin götürdüyü öhdəliklər və iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfələrimiz çərçivəsində bu Sazişi gələn ay parlamentdə təsdiqləməyə qərar verdik”, - deyə bildirən dövlət başçısı Türkiyənin 2015-ci ildə Paris Sazişini imzalayan ilk ölkələrdən biri olduğunu da xatırladıb. Onun sözlərinə görə, o zaman rəsmi Ankara öhdəliklər bölməsindəki ədalətsizliyə etiraz etdiyi üçün razılaşmanın parlamentdə ratifikasiya edilməsi prosesinə başlanılmayıb. Dövlət başçısı Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə dünya liderlərindən biri olmaq niyyətini də bildirib.

Prezident sözügedən çıxışında Türkiyənin iqtisadi uğurlarına da toxunub. Dövlət başçısı Türkiyə iqtisadiyyatının “pandemiyanın yaratdığı çətinlikləri və keçmişdə qarşılaşdığı bəzi problemləri geridə qoyaraq, sürətlə layiq olduğu yerə doğru irəlilədiyini” qeyd edib.

Paylaş
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31