Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Saakaşvili bilet alıb

Saakaşvili bilet alıb

29.09.2021 [15:27]

Gürcüstana qayıtmaq üçün

yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yerli özünüidarəetmə orqanlarına seçkilər günü - 2 oktyabr tarixində Ukraynanın paytaxtı Kiyevdən Tbilisiyə uçmaq üçün təyyarəyə bilet aldığını söyləyib.

Siyasətçi həmin gün Tbilisidə olacağını və vətəndaşların iradəsini qoruyacağını, həmçinin Gürcüstanın xilas olunması prosesində iştirak edəcəyini deyib.

Qeyd edək ki, M.Saakaşvili sentyabrın əvvəlində 8 illik mühacirətdən sonra ölkəyə qayıdacağını elan edib. Lakin vətənində M.Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb. Bu səbəbdən, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xəbərdarlıq edib ki, ölkəyə qayıdacağı təqdirdə, eks-prezident həbs olunacaq.

Paylaş
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31