Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İngiltərə minlərlə əcnəbiyə viza verəcək

İngiltərə minlərlə əcnəbiyə viza verəcək

29.09.2021 [15:28]

Böyük Britaniyada Milad bayramı ərəfəsində ölkədə tədarük probleminin həlli üçün müvafiq addımlar atılır. yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu məsələnin həlli məqsədilə xarici vətəndaş olan 5 min ağır yük avtomobili sürücüsünə və 5 min 500 quşçuluq sektoru işçisinə 3 ay müddətinə müvəqqəti viza veriləcək.

Xəbərdə qeyd edilir ki, Böyük Britaniya Nəqliyyat Nazirliyi yük maşını sürücülərinin çatışmazlığı səbəbindən, bəzi supermarketlərdə boş rəflərin olmaması və yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranmaması üçün 5 000 yanacaq tankeri və ərzaq daşıyan yük maşını sürücüsünə dekabrın sonuna qədər müvəqqəti viza veriləcəyini açıqlayıb.

Nazirliyin açıqlamasında o da deyilir ki, oktyabr ayından etibarən 10500 işçi ilin sonuna qədər müvəqqəti viza ala biləcək. İngilis Ticarət Palatası isə sözügedən tədbirləri yetərsiz olaraq qiymətləndirib.

Nəqliyyat naziri Qrant Şapps yanacaqdoldurma məntəqələrindəki növbə ilə bağlı verdiyi açıqlamada “Əsas odur ki, ölkədə 6 neft emalı zavodunda və 47 anbarda yanacaq bol olsun, ölkədə yanacaq qıtlığı yoxdur. Vətəndaşlar ehtiyac duyduqları zaman maşınlarını yanacaqla doldursalar, heç bir çatışmazlıq olmayacaq”, - deyə nazir bildirib.

Paylaş
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31