Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Almaniya: koalisiya hökumətini kimlər quracaq?

Almaniya: koalisiya hökumətini kimlər quracaq?

30.09.2021 [15:15]

yeniazerbaycan.com-un Türkiyənin “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, Almaniyada ötən bazar günü keçirilən seçkilərdə qalib gələn Sosial-Demokrat Partiyası (SDP) bu həftə koalisiya danışıqlarının başlayacağını elan edib. Xəbərdə qeyd edilir ki, Sosial-Demokrat Partiyası son seçkilərdə 25,7 faiz səs qazandığına görə sayca 20-ci federal hökuməti qurmaq üçün digər siyasi partiyalarla danışıqlar aparmaq səlahiyyətinə malikdir.

Almaniyada seçkilər başa çatdıqdan sonra mütləq şəkildə hər hansı bir koalisiya hökumətinin qurulması gözlənilsə də, əhalinin 55 faizinin SDP, “Yaşıllar” və Azad Demokrat partiyalarından ibarət “İşıqfor” koalisiyasını dəstəklədiyi ortaya çıxıb. Bu arada, SDP-nin Bundestaqdakı qrupunun sədri Rolf Mützeniç SDP-nin yeni koalisiyanın qurulması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib. “Yaşıllar” və Azad Demokrat partiyaları ilə “İşıqfor” koalisiyasının qurulması ilə bağlı müsbət fikirlərini ifadə edən R.Mützeniç deyib ki, bütün partiyaları bu həftə ilkin danışıqlar aparmağa dəvət etmişik.

SDP-nin funksioneri Karl Lauterbax isə “İşıqfor” koalisiyasına ümidlərinin böyük olduğunu deyib: “Yarana biləcək koalisiyada SDP-nin əhalinin sosial müdafiəsinin artırılmasını, “Yaşıllar”ın ətraf mühitin qorunmasını, Azad Demokrat Partiyanın isə rəqəmsallaşmanı əsas götürməsi yeni, sabit və çox müasir bir hökumət qurulmasını şərtləndirir. Düşünürəm ki, nəhayət, bir araya gələ biləcəklər”.

Xatırladaq ki, 26 sentyabrda Almaniyada keçirilən seçkilərdə Sosial-Demokrat Partiyası (SDP) hakim siyasi qüvvəni qabaqlayıb. Belə ki, sosial-demokratlar 25,7, Xristian-Demokratik Birlik Partiyası və Xristian Sosial İttifaqı (CDU/CSU) isə cəmi 24,1 faiz səs toplayıb. Üçüncü yeri 14,8 faiz səslə “Yaşıllar” partiyası tutub. Azad Demokrat Partiya seçicilərin 11,5, “Almaniya üçün alternativ” partiyası isə 10,3 faizinin səsini qazanıb. Qalan partiyalar seçki həddini keçə bilməyiblər.

Paylaş
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31