Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Freedom House” Ermənistan hakimiyyətinə qarşı

“Freedom House” Ermənistan hakimiyyətinə qarşı

30.09.2021 [15:15]

“Ermənistan hakimiyyətini konstitusiyaya zidd qanunun tətbiqini dərhal dayandırmağa çağırırıq”. yeniazerbaycan.com-un Ermənistanın “Aysor.am” saytına istinadən yaydığı xəbərə görə, belə bir bəyanatı “Freedom House” beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatı yayıb. Bəyanatda baş nazir Nikol Paşinyana qarşı təhqiramiz şərh yazan bir “Facebook” istifadəçisinə qarşı açılan son cinayət işindən narahatlıq ifadə edilib.

Beynəlxalq təşkilat bu hadisənin parlamentin mövcud qanunvericiliyə “məmurlara qarşı təhqirləri cinayət hesab edən” dəyişikliklər etməsindən cəmi iki ay sonra baş verməsini xüsusi vurğulayıb. Eyni zamanda, “Freedom House”  təşkilatı baş verən hadisəni Ermənistanda, söz azadlığı da daxil olmaqla “demokratik normaların deqradasiyası” kimi də qiymətləndirib.

Paylaş
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31