Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şimali Koreya dünyanı heyrətləndirməyə davam edir

Şimali Koreya dünyanı heyrətləndirməyə davam edir

30.09.2021 [15:17]

yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Şimali Koreya yeni tip hipersəsli strateji raketini sınaqdan keçirdiyini açıqlayıb. Dövlətin rəsmi mediasında yayılan xəbərlərə görə, yeni raket - ölkənin qarşıdakı beş il üçün hərbi inkişaf planının “ən mühüm beş silahı”ndan biridir. Belə ki, Şimali Koreya həmin raketi “strateji silah” olaraq xarakterizə edir. Adətən, bu təsbit raketin nüvə xüsusiyyətlərinə malik olması deməkdir.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın dəyərləndirməsinə görə, sözügedən silah sisteminin inkişaf etdirilməsi ölkənin hər cəhətdən özünümüdafiə qabiliyyətini artırır.

Qeyd edək ki, hipersəsli raketlər normal raketlərə nisbətən daha sürətli və daha çevikdir. Bu xüsusiyyətlər raketdən müdafiə sistemlərinin bu tip raketləri tutmasını çətinləşdirir.

Xatırladaq ki, son raket sınağı rəsmi Pxenyanın son bir ay ərzində sayca üçüncü sınağı olub. Belə ki, bu ölkə daha əvvəl yeni tip idarəolunan raketi və qatardan buraxılan ballistik raket sistemini sınaqdan keçirmişdi.

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31