Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa İttifaqı ilə əməkdaşlıq gündəmə gəlir

Avropa İttifaqı ilə əməkdaşlıq gündəmə gəlir

01.10.2021 [15:44]

Azərbaycan Prezidenti Çex Respublikasının xarici işlər nazirini qəbul edib

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.

Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.

Paylaş
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31