Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ötən ilin bu günü

Ötən ilin bu günü

01.10.2021 [15:44]

Ötən il oktyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı məlumat bildirib ki, Ermənistanın təcavüzü nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.

* * *

...Milli Məclisin Sədri Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron arasında telefon danışığı olub.

* * *

...Düşmən Füzulinin Arayatlı kəndini də artilleriya atəşinə tutub.

* * *

...Ermənistan silahlı qüvvələri Tərtərdə rayon mərkəzini, qəsəbə və kəndləri, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edib. Düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində, rayonun Şıxarx qəsəbəsində, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində, Yuxarı Qapanlı, Əskipara, Seydimli kəndlərində evlərə ciddi ziyan dəyib.

* * *

...Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.

* * *

...Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb.

* * *

...Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri düşmənin hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

* * *

...Ermənistanın silahlı bölmələri Füzuli rayonu Horadiz şəhərində bir sıra evləri və obyektləri artilleriya atəşinə tutub.

* * *

...KİV-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin guya oktyabrın 1-də Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 3 təyyarə, 2 helikopter və 6 pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı məlumatının dezinformasiya oldğunu bildirib.

* * *

...Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində evləri intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli miqdarda ziyan dəyib.

* * *

...Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı olub.

* * *

...İndoneziya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasının vacibliyi ilə bağlı bəyanat yayıb.

* * *

...Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə, düşmənin dinc əhalini hədəfə alması nəticəsində mülki əhalidən 55 nəfər xəsarət alıb, 19 nəfər həlak olub. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 evə, həmçinin 40 mülki obyektə külli miqdarda ziyan vurulub.

* * *

...Baş Prokurorluğun yaydığı məlumata görə, Ağdam rayonunun Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşüd Rəşid oğlu və 1996-cı il təvəllüdlü Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.

* * *

...Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər isə həlak olub.

01.10.2020 Müdafiə Nazirliyinin BRİFİNQİ

Ötən il oktyabrın 1-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi polkovnik-leytenant Anar Eyvazov brifinq keçirib. A.Eyvazov bildirib ki, Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə ötən gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib. MN rəsmisi onu da qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanın ərazisindən cəbhəboyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz şəhərini, Goranboy, Tərtər və Ağdam rayonlarını yenidən artilleriya atəşinə tutub. Əməliyyatın beşinci gününün sonunadək düşmənin canlı qüvvədə, hərbi və döyüş texnikası baxımından xeyli sayda itkisi var. Düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat katibi xüsusilə qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yanlışdır və əsassızdır. Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Məlumat verilib ki, ötən müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.

“Dünən məlumat verildiyi kimi, Ermənistan ordusunun alay komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Alayın köməyinə gələn düşmənin əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha acizliyini nümayiş etdirib. Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var. Ya ərazimizi tərk etməli, ya da yerində məhv olacaq. Qələbə bizimlədir!”, - deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.

Paylaş
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31