Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bundestaqın tarixində ilk: Almaniya parlamentinə TÜRK spiker?!.

Bundestaqın tarixində ilk: Almaniya parlamentinə TÜRK spiker?!.

01.10.2021 [15:51]

yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ötən bazar günü Almaniyada keçirilən parlament seçkilərindən sonra Bundestaqın yeni tərkibinin formalaşması prosesində bəzi sensasiyalı proqnozlar ortaya atılıb. Məsələn, seçkidə qələbə qazanan Sosial-Demokrat Partiyanın (SDP) üzvü, türk əsilli Aydan Özoğuzun Bundestaqın yeni spikeri postuna namizədliyi barədə xəbərlər dolaşır. Həmin xəbərlərdə miqrant olması və qadınları təmsil etməsi baxımından A.Özoğuzun bu vəzifəyə gətirilə biləcəyi iddia edilir. Qeyd edək ki, Bundestaq rəhbərinin önümüzdəki bir ay ərzində seçiləcəyi gözlənilir.

Bununla yanaşı, ölkənin “Der Tagesspiegel” qəzeti də öz qaynaqlarına istinad edərək yazır ki, Aydan Özoğuz parlamentdə çoxluq təşkil edən SDP tərəfindən Bundestaqa rəhbərlik üçün namizəd kimi seçilib. 12 ildir ki, SDP üzvü olan A.Özoğuz, eyni zamanda, bir müddət Federal hökumətdə miqrasiya və inteqrasiya naziri vəzifəsində çalışıb.

Bundestaqa spiker seçiləcəyi təqdirdə, A.Özoğuz ilk türk əsilli parlament sədri olacaq. Mühacir keçmişinə əlavə olaraq, Özoğuzun SDP-dən qadın millət vəkillərini təmsil edən şəxs kimi də namizədliyi cəlbedici görünür. O da qeyd edilir ki, 735 yerlik Bundestaqa Almaniyada mühacir keçmişi olan 83 millət vəkili seçilib ki, onlardan 19-u türk mənşəlidir.

Xatırladaq ki, Sosial-Demokrat Partiyanın təcrübəli siyasətçiləri arasında olan A.Özoğuz baş nazir postuna ən real namizəd olan Olaf Şoltsa yaxın şəxsdir. Bununla yanaşı, 1967-ci ildə Hamburqda fəhlə ailəsində doğulan A.Özoğuz Türkiyənin məşhur musiqi qrupu “Atena”nın üzvləri Gökhan və Hakan Özoğuz qardaşlarının əmisi qızıdır.

Paylaş
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31