Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göygöldə Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı tədbir keçirilib

Göygöldə Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı tədbir keçirilib

04.10.2021 [17:53]

Göygöl rayon Hacıməlik qəsəbəsində şəhidlərimiz Elvin Fəxrəddin oğlu Mustafayevin və Ramiz Kamil oğlu Musayevin adının əbədiləşdirilməsi, qəsəbədə hər iki şəhidin adına küçələrin verilməsi ilə bağlı tədbir keçirilib.

 Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri  iştirak ediblər.  

Qeyd edək ki, şəhid Elvin Fəxrəddin oğlu Mustafayev 14 mart 1992-ci ildə Gəncə şəhərində anadan olub. 2010-cu ilin aprel ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. 44 günlük Vətən müharibəsi başlayan kimi hərbi əməliyyatlarda iştirak edən Elvin Mustafayev 27 sentyabr 2020-ci il tarixində Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Şəhid Ramiz Kamil oğlu Musayev isə 2 avqust 1989-cu ildə Göygöl rayonunun Hacıməlik qəsəbəsində anadan olub. 2008-ci ildən 2009-cu ilədək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2015-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan gündən hərbi döyüşlərdə iştirak edib. Samir Məmmədov 25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində xidmət apararkən şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31