Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Neft sızması nəyi təhdid edir?

Neft sızması nəyi təhdid edir?

05.10.2021 [15:21]

ABŞ-ın Kaliforniya ştatının sahillərinə tökülən neftin balıq ölümünə, bataqlıq və çimərliklərin çirklənməsinə səbəb olduğu bildirilib. yeniazerbaycan.com-un BBC-yə istinadən xəbərə görə, təxminən 3000 barel neft “Orange County” sahillərində 33 kvadrat kilometr əraziyə yayılıb. Sızıntı oktyabrın 2-də səhər saatlarında “Huntington Beach” və “Newport Beach” sahillərindən təxminən 5 mil aralıda aşkar edilib.

“Associated Press”in məlumatına görə isə, bu hadisə Kaliforniya ştatının yaxın tarixində ən böyük neft sızıntılarından biridir. Yerli hakimiyyət sızıntının qarşısını qoruyucu baryerlərlə almağa çalışdığı halda, dalğıclar sızıntının necə meydana gəldiyini müəyyən etmək üçün hadisə yerində araşdırmalarına davam edirlər.

Sızma səbəbindən dənizdəki heyvanların ciddi təsirə məruz qaldığı bildirilir. Belə ki, suların çirkləndiyi, sahil boyunca ölü heyvanların göründüyü və ekoloji mühafizə sahəsinin də təhlükə ilə üz-üzə qaldığı deyilir.

Ərazidə 3 dəniz platformasına malik olan “Amplify Energy Corp” daha çox neft sızmasının qarşısını almaq üçün oktyabrın 2-də əməliyyatları dayandırdığını və boru kəmərini bağladığını elan edib.

Paylaş
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31