Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu ölkənin tarixində ilk dəfə parlament seçkiləri keçirilib

Bu ölkənin tarixində ilk dəfə parlament seçkiləri keçirilib

05.10.2021 [15:23]

 

yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Qətər tarixində Məclis Aş-Şuraya (parlament funksiyalarına malik olan məsləhət şurası) ilk seçkilər keçirilib. Seçkilərdə 26-sı qadın olmaqla 234 namizəd 30 yer uğrunda mübarizə aparıb. Məclis Aş-Şuraya Seçkilərə Nəzarət Komitəsi bu Yaxın Şərq ölkəsinin tarixində ilk dəfə keçirilən seçkilərdə qalib gələn 30 namizədin adını açıqlayıb. Bununla belə, qadın namizədlərdən heç biri qalib gələ bilməyib. Eyni zamanda, məşvərət şurasında səsvermə fəallığı 63,5 faiz təşkil edib.

Qeyd edək ki, Məclisə seçkilər ölkədə siyasi proseslərdə ictimai iştirakçılığın artırılması və demokratiyanın gücləndirilməsi səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Onu da xatırladaq ki, əvvəllər məclisə bütün namizədlər Qətər əmiri tərəfindən təyin olunurdu. Bundan sonra Şurada yer almalı olan 30 millət vəkili Qətər xalqı tərəfindən, 15 üzv isə əmir tərəfindən təyin ediləcək. Məclis Nazirlər Şurasının rəhbərliyi altında qanunverici orqan kimi çıxış edir. İclaslarda qanun layihələri, ümumi siyasi və iqtisadi münasibətlər, ölkə büdcəsi və bu məsələlərə dair tövsiyələr müzakirə olunur.

Paylaş
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31