Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İqlim dəyişikliyi buna da səbəb oldu...

İqlim dəyişikliyi buna da səbəb oldu...

05.10.2021 [16:43]

Məlum olduğu kimi, dünyada iqlim dəyişikliyi həyatımıza təsiri günbəgün artır. Belə ki, həmin çox mənfi təsirlər yer üzündəki həyatı, insanların, heyvanların və bitkilərin həyatını təhdid etməyə davam edir. Belə ki, son illərdə iqlim dəyişikliyinə “iqlim böhranı” adı verilməyə başlanıb. yeniazerbaycan.com-un Türkiyənin “Hürriyyət” qəzetinə istinadən bu mövzuda son elmi araşdırmalar çox maraqlı nəticə ortaya qoyub.

“Geophysical Research Letters”də nəşr olunan elmi araşdırmaya əsasən, iqlim dəyişikliyi Yer atmosferinə də təsir edir. Bu araşdırmanın nəticəsinə görə, göstərilən səbədən dünyanın əksetdirmə qabiliyyəti azalıb. Bu o deməkdir ki, dünya indi əvvəlkindən daha çox qaranlıqdır.

Tədqiqatçılar müşahidələrinin nəticələrini təqdim etdikləri məqalədə mövzu ilə bağlı aşağıdakı ifadələrə yer veriblər: "Böyük Ayı bürcü Günəş rəsədxanası tərəfindən 1998-2017-ci illər arasında gündəlik, aylıq, mövsümi, illik və on illik dövrlərdə müasir fotometrik üsullarla aparılan müşahidələrə görə, tədricən, lakin iqlim baxımından mühüm bir nəticə əldə edilib. Son 20 ilin məlumatlarına əsasən, əksetdirmə nisbəti ~ 0,5 W/m2 azalıb.

Yerin əksetdirmə qabiliyyəti iqlim dəyişikliyinin əsas amillərindən biridir. İqlim dəyişiklikləri birbaşa Günəş intensivliyi, əksetdirmə qabiliyyəti və istixana qazı izolyasiyası ilə əlaqədardır. Alimlər bu nəticəyə 1998-ci ildən bəri planet işığının dalğalanmalarını ölçməklə gəliblər. Bu məlumatlar NASA məlumatları ilə müqayisə edilib və ümümiləşdirilib.

Beləliklə, Yerdən əksolunmanın azalması və dünyanın daha qaranlıq olması iqlim dəyişikliyinin buludlara təsirindən qaynaqlanır. Belə ki, buludlar onlara düşən günəş işığının təxminən yarısını əks etdirir. Üstəlik, buludlardan yerə düşən qar və buz, Günəşdən aldıqları işığın demək olar ki, hamısını əks etdirir. Ancaq müşahidələr göstərir ki, buludların əks olunmasında ciddi azalma var.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31