Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BMT açıqladı: 55 milyon məcburi köçkün var

BMT açıqladı: 55 milyon məcburi köçkün var

05.10.2021 [17:11]

yeniazerbaycan.com BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Yüksək Səviyyəli Qrupunun dünyadakı miqrantlarla bağlı hesabatı yayılıb. Hesabatda hökumətlərə, vətəndaş cəmiyyətinə və özəl sektora müharibələr, təbii fəlakətlər, iqtisadi böhran və qlobal iqlim dəyişikliyinin nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 55 milyon insanın evlərinə qayıtması üçün mümkün olan hər bir addımı atmağa çağırış səslənir.

Məlumatda qeyd edilir ki, Qrupun nümayəndələri "Daxili yerdəyişməyə işıq salmaq: gələcəyə baxış" adlı məruzəni BMT Baş katibi Antonio Quterreşə şəxsən təqdim edib. Hesabatda daxili yerdəyişmə problemini həll etmək üçün kollektiv səylərin uğursuzluğundan təəssüf qeyd edilir. Əlavə olaraq, milyonlarla məcburi köçkünün əziyyətinə son qoymaq üçün indiki mühitdə atılması vacib olan real addımlar sadalanır.

Hesabatda vurğulanır ki, məcburi köçkünlər əsas hüquqlarını sərbəst şəkildə həyata keçirməli və yalnız qısamüddətli yardım alanlar kimi qəbul edilməməlidirlər: “Hazırda dünyada miqrantların əksəriyyətinin maraqları milli hökumətlərin sistemli siyasətinə inteqrasiya olunmur və əksər hallarda həm mövcud dövlət yardım proqramlarında, həm də BMT strategiyalarında öz əksini tapmır”.

Qrupun həmsədri Donald Kaberuka çıxışında deyib ki, milli hökumətlərin bu problemin ən qısa zamanda sona çatmasında birbaşa marağı var, çünki çox sayda məcburi köçkünlə Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilməyəcəklər.

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31