Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İngiltərədə yanacaq böhranı davam edir

İngiltərədə yanacaq böhranı davam edir

05.10.2021 [17:18]

Böyük Britaniyanın cənub-şərqində, eləcə də Londonda yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükü ilə bağlı problemlər qalmaqdadır, lakin krallığın qalan ərazilərində çətinlik bir qədər azalıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Böyük Britaniyadakı 8000 yanacaqdoldurma məntəqəsindən 5500-nü təmsil edən Benzinin Pərakəndə Satıcıları Assosiasiyası (PRA) açıqlayıb.

PRA-dan verilən məlumata görə, ölkənin cənub-şərqində və Londonda yerləşən yanacaqdoldurma məntəqələrinin beşdə birindən çoxunda hələ də yanacaq yoxdur, lakin Şotlandiya, Uels və ölkənin daxili regionlarında yanacaq böhranı demək olar ki, başa çatıb. Oktyabrın 3-nə olan məlumata görə, İngiltərənin ən sıx məskunlaşmış bölgələrində - Londonda və ölkənin cənub-şərqində yanacaqdoldurma məntəqələrinin yanacaq çənlərinin 22 faizi boş qalır, Şotlandiya, Uels və ölkənin daxili bölgələrində isə bu rəqəm 6 faizə enib.

Baş nazir Boris Conson da bir neçə aydır ki, yanacaq böhranından xəbərdar olduğunu açıqlayıb. Baş nazir təchizat zənciri ilə bağlı problemlərin Milad bayramına qədər davam edə biləcəyini istisna etməyib.

 

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30