Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Haqq savaşımız Qələbə ilə bitdi...

Haqq savaşımız Qələbə ilə bitdi...

05.10.2021 [17:37]

İnformasiya müharibəsi isə davam edir

44 günlük İkinci Qarabağ - Vətən  müharibəsindən 1 il ötür. Qalib Azərbaycan ötən müddət ərzində öz qələbəsini informasiya və diplomatiya müstəvisində də möhkəmləndirib. Elə son günlər Prezident İlham Əliyevin ayrı-ayrı ölkələrin nüfuzlu nəşrlərinə müsahibələri də öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycanın informasiya savaşında ardıcıl nailiyyətlərini əks etdirir.

Azərbaycan Prezidenti tarixi-siyasi reallıqları diqqətə çatdıraraq ölkəmizin prinsipial mövqeyini ifadə edir. 44 günlük müharibə zamanı geniş auditoriyaya xitab edən, transmilli media orqanlarına müsahibələr verməklə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran dövlət başçısı yeni mərhələdə də regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə, bu kontekstdə bölgənin gələcəyi ilə əlaqədar strateji önəm kəsb edən nüanslara dair konkret mesajlar verir. Bütün bunlar həm də Azərbaycanın gələcəyə aydın strateji baxışlarının olduğunu göstərir.

Prezident İlham Əliyevin müsahibələri Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə informasiya cəbhəsində görülən işlərin nəticəsidir ki, Ermənistan havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitini yaratmaq niyyətini gerçəkləşdirə bilmir. Eyni zamanda, beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ olunur. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çox sayda informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də, nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələrlə çıxış edirlər.

Bir sözlə, Prezident İlham Əliyevin rasional strateji kursu bütün cəbhələrdə üstünlüyün təmin olunmasını - tarixi qələbənin möhkəmləndirilməsini təmin edir. İnformasiya savaşı isə Azərbaycanın mütləq üstünlüyü şəraitində davam edir.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31