Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ ordusunda intihar dəhşəti

ABŞ ordusunda intihar dəhşəti

06.10.2021 [10:36]

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ordudakı intiharlarla bağlı illik hesabat yayımlayıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hesabatda 2020-ci ildə 580 əsgərin intihar etdiyi və nizami hissədə xidmət edən əsgərlər arasında intihar nisbətinin 5 ildə 41,4 faiz artdığı qeyd olunur.

Eyni zamanda, həmin hesabatda sıravi əsgərlər arasında intihar nisbətinin bir il əvvəlki ilə müqayisədə 2020-ci ildə 9,1 faiz, 2018-2020-ci illərdə isə 15,3 faiz artdığı yer alıb. Hesabatda ehtiyat qüvvələr arasında intihar nisbətinin 2020-ci ildə bir əvvəlki ilə müqayisədə 19,2, milli qvardiyanın hərbçiləri arasında isə intihar nisbətinin 31,7 faiz artdığı qeyd olunub. Ən nəhayət, hesabatda keçən il döyüş, ehtiyat və milli qvardiyaçılar arasında 580 əsgərin intihar etdiyi vurğulanıb.

ABŞ-ın müdafiə naziri Lloyd Austin hesabatı şərh edərkən, deyib ki, statistika narahatlıq doğurur: “Əsgərlərimiz və ailələri arasında intihar halları hələ də çox yüksəkdir və tendensiyalar düzgün istiqamətdə getmir".

Paylaş
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31