Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göygöldə Vətən müharibəsi şəhidi Əsəd İsgəndərovun xatirəsi yad edilib

Göygöldə Vətən müharibəsi şəhidi Əsəd İsgəndərovun xatirəsi yad edilib

06.10.2021 [13:04]

Göygöldə Vətən müharibəsi şəhidi Əsəd Bəybala oğlu İsgəndərovun həlak olmasının ildönümü ilə bağlı anım tədbiri keçirilib. Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak ediblər.  

 

Qeyd edək ki, şəhid Əsəd Bəybala oğlu İsgəndərov 27 oktyabr 1990-cı ildə Göygöl şəhərində anadan olub. 2008-ci ilin oktyabr ayından 2009-cu ilin may ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. 2012-ci ildən Ağcabədi rayonunda yerləşən digər “N” saylı hərbi hissədə gizir kimi xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edən Əsəd İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə Əsəd İsgəndərov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31