“Altılıqdan” “dördlüyə”: İlham Əliyev regional əməkdaşlığın formatını təyin etdi
06.10.2021 [15:18]
İran ilə Gürcüstan davranışı və mövqeyi ilə özünütəcrid yolunu seçir
2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat həm də regionun gələcək inkişafı üçün stimul sayılacaq yeni əməkdaşlıq platformalarının reallaşmasına zəmin yaratdı. Bu, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin formalaşmasını təmin edə bilərdi. 2020-ci ilin dekabrında keçirilmiş Zəfər paradının ardından Azərbaycan və Türkiyə prezidentlərinin “altılıq” formatda əməkdaşlıqla bağlı mühüm anonsları da bu ümidləri artırmışdı. Amma...
Məğlub Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyi, Zəngəzur dəhlizinin açılması prosesini ləngitməyə çalışması bu əməkdaşlığın reallaşmasını gecikdirir. Bununla yanaşı, artıq regionda yeni geostrateji situasiya yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyəti ilə görüşündə də bildirdi ki, hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Dövlət başçısı qeyd etdi ki, bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür: “Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.
Bu fikirlər onu deməyə əsas verir ki, qarşıdakı dövr üçün nəzərdə tutulan əməkdaşlıq müstəvisində Gürcüstan ilə İran yer almaya bilər. Bəs, bu ölkələrin regionun ümumi rifahı üçün nəzərdə tutulmuş layihələrdən kənarda qalması nədən qaynaqlanır? Bununla bağlı fikirlərini bölüşən ekspertlər o qənaətdədirlər ki, Azərbaycan bu əməkdaşlıq platformasını bütün region üçün açıq elan etsə də, bəzi dövlətlər davranış və tutduqları mövqeləri ilə özünütəcrid yolunu seçiblər.
Milli Məclisin deputatı Azər Badamov məsələ ilə bağlı qəzetimizə bildirib ki, Azərbaycan hər zaman regional əməkdaşlığın inkişafında maraqlı olub. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşan genişmiqyaslı layihələr Avropa ilə Asiya arasında mühüm iqtisadi körpü yaradıb ki, bu da regionun ümumi inkişafına mühüm töhfələr verib. Ermənistanın bu layihələrdə iştirak etməməsi isə Azərbaycanın iradəsi və dəyişilməz mövqeyindən irəli gəlib: “Təbii ki, burada ən əsas məqam iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən 10 noyabr Bəyanatının əsas bəndlərdən biri olan Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb tranzitinə yeni kommunikasiyanın qoşulmasıdır. Hələ ötən ilin dekabrında Türkiyə və Azərbaycan prezidentləri bununla bağlı ölkələrinin mövqelərini səsləndirmiş və regionda “altılıq” platformada əməkdaşlığın mümkünlüyünü irəli sürmüşdülər. Düzdür, hələ o dövrdən Gürcüstanla bağlı bir sıra tərəddüdlər vardı. Səbəb isə bu ölkənin Rusiyanın iştirak etdiyi əməkdaşlıq platformalarında yer almamasıdır. İranla bağlı məsələ isə artıq, demək olar ki, tam aydınlığa qovuşub. Rəsmi Tehranın davranışları, Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialar, hətta bəzi məqamlarda işğalçı Ermənistanın yanında yer alması bu dövlətin əməkdaşlıq platformasından kənarda qalmasını şərtləndirib”.
Millət vəkilinin fikrincə, İran rəsmilərinin son dövrlərdə ölkəmizə qarşı irəli sürdüyü əsassız iddialar ikitərəfli münasibətlərin gələcək inkişafına da kölgə salır: “Ermənistan 30 il torpaqlarımızı işğal altında saxlayanda İran bu ölkənin əsas dostu və iqtisadi partnyorlarından biri olub, indi də bu dostluğunu davam etdirir. Biz İrana Ermənistanla dostluq etmə demirik. Hər bir müstəqil ölkə kimlə əməkdaşlıq etmək lazımdırsa, özü müəyyənləşdirir. Azərbaycanın İsraillə dostluq etməsindən İran narahat olmamalıdır. Eyni zamanda, Azərbaycanı da əsassız fikirlərlə, boş sözlərlə ittiham etməməlidir. Azərbaycan lazımi ittihamlara yerində cavabını qaytarır”.
“Bu gün Rusiya ilə Türkiyə arasındakı münasibətlərin səviyyəsi bölgənin gələcək iqtisadi yüksəlişində təkanverici amilə çevrilib. Azərbaycan hər iki dövlətlə yüksək əlaqələrə malikdir. Nəzərə alsaq ki, Rusiyanın Ermənistana təsir gücü olduqca böyükdür, rəsmi Yerevanın da regional əməkdaşlığa daxil olması gözləniləndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, onların başqa yolu yoxdur”, - deyən A.Badamov onu da əlavə edib ki, Azərbaycan Prezidenti artıq regional əməkdaşlığın formatını təyin edib.
Politoloq Qabil Hüseynlinin fikrincə, ötən ilin dekabrında gündəmə gələn “altılıq” platforma Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müdafiə edilir. Gürcüstanın bu platformaya daxil olmaması Rusiya ilə münasibətlərindəki məlum gərginlikdən qaynaqlanır. İran isə əməkdaşlığa uyğun olmayan mövqe sərgiləməkdədir: “Hərbi təlimlər, hansısa şəhərin məscidinin mollası səviyyəsində Azərbaycana qarşı əsassız iddiaların, iftiraların səsləndirilməsi onu göstərir ki, İran əməkdaşlıqdan fərqli mövqe tutmağa niyyətlənib. Cənab Prezidentimiz də Cəbrayıl ictimaiyyəti ilə görüşündə bildirdi ki, artıq bu ölkənin rəsmi şəxsləri bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlayıb. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Cənab Prezident bildirdi ki, gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Bəli, bu cür mənasız, qeyri-dəqiq iddialarla Azərbaycana böhtan atmaq yolverilməzdir”.
Q.Hüseynli bildirib ki, İran öz davranışı ilə regionda formalaşacaq əməkdaşlıq platformasına daxil olmaq imkanlarını itirib. “Azərbaycanın və Türkiyənin Rusiya ilə əlaqələri inkişaf edir. Bu baxımdan, dövlətimiz Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində Türkiyə-Rusiya-Azərbaycan və Ermənistan dördlüyünü yetərli sayır. Ola bilsin ki, Ermənistan hələlik “naz” edir, yəqin ki, Rusiya öz təsir imkanlarından istifadə edərək “dördlük” formatın yaranmasının işlək mexanizmini tapacaq. Başqa variantlar Azərbaycan üçün qəbuledilməzdir”, - deyən politoloqun fikrincə, İranın bu gün irəli sürdüyü iddialar həm də Türkiyənin regionda rolunun artması ilə bağlıdır: “Türkiyə bizimlə qardaş dövlətdir və onun regionla bağlı proseslərdə aktiv iştirakı bizim üçün mütləqdir. İranın davranışı isə qəbuledilməzdir. Fikrimcə, rəsmi Tehran düşməkdə davam edən nüfuzunun hayına qalmaq üçün qara-qorxu gəlmək istəyir. Onlar anlamalıdır, ki, gündən-günə genişlənən Türkiyə-Rusiya, Azərbaycan-Rusiya münasibətləri regionda problemlərin həllində əsas amildir”.
Politoloq Yeganə Hacıyeva da 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyətin yarandığını və Cənubi Qafqazın üç ölkəsi, o cümlədən qonşu Türkiyə, Rusiya və İrandan ibarət “altılıq” əməkdaşlıq platformasının gündəmə gəldiyini deyib. Onun sözlərinə görə, “3+3” formatı və Zəngəzur dəhlizinin açılması regionda misilsiz bir inkişaf və inteqrasiya imkanları təmin edə bilərdi. Bu, bölgənin coğrafi-iqtisadi potensialında inqilab edə biləcək bir inkişaf ssenarisi idi: “İndiki halda isə daha çox “dördlük” ittifaqının formalaşması prosesi getməkdədir. Artıq bölgənin siyasi və iqtisadi səhnəsini tamamilə dəyişəcək postmüharibə dövrü başlayıb və Türkiyə, Rusiya, Azərbaycan Qarabağ bölgəsində sülhün təmin olunması istiqamətində birgə fəaliyyət göstərirlər. Ötən dövrdə İranın bütün bu proseslərdən kənarda qalmasını izlədik. Təəssüf ki, bir çox hallarda İran hətta Azərbaycanın deyil, Ermənistanın yanında olmağa üstünlük verdi”.
İranın proseslərdən kənarda qalmasının əsas səbəbi bu ölkənin mövqeyinə olan etimadsızlıqdan qaynaqlanır. Y.Hacıyevanın fikrincə, İranın verdiyi əsassız mesajlar onun özünütəcrid siyasətinə üstünlük verdiyini əks etdirir. “Postmüharibə dövründə region dövlətlərinin davranışı həm də onların mövqeyi kimi izah olunur. İran bu gün iqtisadi, kommunikasiya layihələrində Ermənistanın yanındadır. Gürcüstanın isə bu platformada yer almaması Rusiya ilə bağlıdır. Gürcüstan Rusiyanın iştirakı olan istənilən regional layihədə iştirak etmir”, - deyən Y.Hacıyeva onu da əlavə edib ki, Azərbaycanın reallaşdıracağı layihə ölkəmizi Avropa, Asiya, Yaxın Şərq iqtisadi üçbucağının mərkəzinə çevirəcək.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39