Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məşhədə gedən avtobus qəzaya düşdü: çoxlu sayda yaralı var

Məşhədə gedən avtobus qəzaya düşdü: çoxlu sayda yaralı var

06.10.2021 [16:09]

yeniazerbaycan.com-un İranın  İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Semnan əyalətində avtobus qəzası baş verib. Verilən məlumata görə, əyalətin Damqan-Şahrud magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində ən azı 15 nəfər yaralanıb.

İRNA xəbər agentliyinin ölkənin qızıl aypara təşkilatının regional şöbəsinin müdiri Müzəffər Məhəmmədhaniyə istinadən yaydığı məlumatda isə qeyd edilir ki, qəza zamanı avtomobilin içərisində 33 sərnişin olub. Onun sözlərinə görə, qəza avtomagistralın 35-ci kilometrliyində baş verib.

Xəbərdə  o da qeyd edilir ki, qəzaya uğrayan avtobus Tehrandan İranın şimal-şərqində  yerləşən Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhərinə gedirmiş. Yol qəzası nəticəsində yaralananlar ən yaxın tibb mərkəzlərinə aparılıblar. Onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

Paylaş
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31