Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Şabran rayon təşkilatının nümayəndələri şəhidin ailəsini ziyarət ediblər

YAP Şabran rayon təşkilatının nümayəndələri şəhidin ailəsini ziyarət ediblər

06.10.2021 [21:12]

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Xəyal Həsənovun ildönümündə ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.

yeniazerbaycan.com xəbər verir ki, mərasimdə Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə vurğulanıb ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Sonra YAP Şabran rayon təşkilatının əməkdaşları tərəfindən şəhidin qəbri ziyarət edilib, məzarı üstünə tər güllər düzülüb.

Paylaş
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31