Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pakistanda güclü zəlzələ: ölən və xəsarət alanlar var

Pakistanda güclü zəlzələ: ölən və xəsarət alanlar var

07.10.2021 [10:46]

Pakistanın şərqindəki Bəlucistan əyalətində güclü zəlzələ baş verib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 5,9 bal gücündə qeydə alınan zəlzələ nəticəsində əhali arasında ölən və yaralananlar var. İlkin məlumatlara görə, təbii fəalkət altısı uşaq olmaqla, ən azı 20 nəfərin həyatına son qoyub, 300-dən çox adam xəstəxanaya yerləşdirilib.

 Pakistan Milli Seysmik Müşahidə Mərkəzinin (NSMC) məlumatına görə, zəlzələnin episentri Harnay şəhəri yaxınlığında olub. Yeraltı təkanlar yerli vaxtla 03:20-də 15 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Kvette, Sibbi, Pişine, Çamane və Bəlucistan əyalətinin bir sıra digər şəhərlərində hiss edilib.

Zəlzələ nəticəsində bir çox yaşayış binalarına ziyan dəyib, bir sıra ərazilərdə torpaq sürüşməsi baş verib. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Paylaş
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31