Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə İqlim üzrə Paris Sazişinə rəsmən qoşulub

Türkiyə İqlim üzrə Paris Sazişinə rəsmən qoşulub

07.10.2021 [11:45]

Türkiyə Böyük Millət Məclisi (TBMM) İqlim üzrə Paris Sazişinin ratifikasiyası ilə ilə bağlı qanun layihəsini qəbul edib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sözgedən qanun layihəsi parlamentdə təmsil olunan bütün siyasi partiyalar tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, sənəd Türkiyə parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən təsdiqlənib.

 

Xəbərdə qeyd edilir ki, ölkə parlamenti tərəfindən təsdiqlənən qanunun mətni Türkiyə hökumətinin rəsmi qəzetində də dərc olunub. Beləliklə, İqlim üzrə Paris Sazişinin ratifikasiyası ilə bağlı Türkiyənin qəbul etdiyi qanun 7 oktyabr cümə axşamı günü qüvvəyə minib. Yeni qanuna uyğun olaraq, Türkiyə 2030-cu ilə qədər hava emissiyalarını 21 faiz azaltmağı vəd edir.

Xatırladaq ki, İqlim üzrə Paris Sazişi 12 dekabr 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Konfransının 21-ci sessiyasında qəbul edilib. Türkiyə bu sənədin Parisdə qəbul edilməsinə dəstək verən 175 ölkə arasında olub. Müqavilənin vacib məqamlarından biri, qlobal orta temperatur artımını sənayeləşmədən öncəki dövrlə müqayisədə 2 dərəcə Selsi səviyyəsinin altında saxlanması və 1,5 dərəcədən yuxarı qalxmaması üçün səy göstərməkdir.

 

Bu arada BMT Türkiyənin İqlim üzrə Paris Sazişini təsdiq etməsini alqışlayıb. Təşkilatın baş katibinin mətbuat katibi Stefan Dyujarrik agentliyə verdiyi açıqlamada Türkiyə parlamenti tərəfindən İqlim üzrə Paris Sazişinin təsdiq olunmasını BMT-nin təqdir etdiyini deyib.

Paylaş
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31