Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Belçika şirkətləri əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq

Belçika şirkətləri əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq

07.10.2021 [11:54]

Energetika naziri Pərviz Şahbazov və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans arasında görüş keçirilib.

yeniazerbaycan.com xəbər verir ki, görüşdə Azərbaycan və Belçika arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycanın energetika sektorunda həyata keçirdiyi islahatlar, enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, ümumilikdə enerji keçidi istiqamətində görülən işlər, hazırlanan qanunvericilik aktları, özəl investisiyaların cəlbi ilə həyata keçirilən enerji layihələri barədə məlumat verilib. Bu istiqamətdə iki ölkə arasında enerji əməkdaşlığının xüsusilə bərpa olunan enerji sahəsi üzrə inkişafı perspektivlərindən bəhs edilib, Belçika şirkətlərinin bərpa olunan enerji hərraclarında iştirakının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyinə inam ifadə olunub.

Ölkəmizin müəllifi olduğu mühüm enerji layihələrinin regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, xüsusilə enerji mənbə və marşrutlarının diversifikasiyasına xidmət edən Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyi kontekstində əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31