Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ÜST dünyada ilk dəfə malyariya peyvəndinin istifadəsini tövsiyə edib

ÜST dünyada ilk dəfə malyariya peyvəndinin istifadəsini tövsiyə edib

07.10.2021 [14:23]

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyada ilk peyvəndin istifadəsini təsdiq edib.

yeniazerbaycan.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

 

Qebreyesusun sözlərinə görə, dünyada malyariyaya qarşı ilk peyvənd olan RTS,S Afrikada hər il on minlərlə uşağı xilas edə biləcək.

Vaksinin təhlükəsiz olduğunu vurğulayan Qebreyesus təxminən dörd il davam edən klinik sınaqlardan sonra təşkilatın dərmandan istifadə barədə qərar verdiyini açıqlayıb.

 

Bu peyvənd malyariya infeksiyalarının 39 %-nin, ağır halların isə 29 %-nin qarşısını alır. Vaksin eləcə də ölüm hallarının 70% qarşısını ala bilir.

Peyvəndi hazırlayan İngiltərənin əczaçılıq şirkəti "GlaxoSmithKline" ehtiyacı olanlara istehsal xərclərindən 5%-dən çox olmayan qiymətlə ildə 15 milyon dozaya qədər dərman verəcəyini vəd edib.

2019-cu ildən başlayaraq Qana, Keniya və Malavidə 800 mindən çox uşaq dərmanın klinik sınaqlarında iştirak edib.

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31