Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na dəyişiklik edilib

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na dəyişiklik edilib

07.10.2021 [14:48]

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Bu barədə yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir.

Sənəddə deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 sentyabr tarixli 1449 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 7.3.9.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

 

2. 7.3.15.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

 

3. 7.3.19.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

 

4. 7.3.26.2-ci yarımbənd ləğv edilsin.

 

5. 7.3.45.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

 

6. 7.3.52.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

 

7. 7.3.56.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.”

 

 

Paylaş
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31