Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nəsimi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

YAP Nəsimi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

07.10.2021 [17:24]

Yeni Azərbaycan Partiyası (YAP)  Nəsimi rayon təşkilatında 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı  təşkilatın fəal gənclərinin qazilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

YAP Gənclər Birliyinin üzvü Salman Salmanov çıxışında Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazilərimizin yanında olduqlarını bildirib.

Sonra çıxış edən Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva Vətən müharibəsində qazanılan  zəfərin Azərbaycan tarixinin ən şanlı səhifələrindən olduğunu qeyd edib.

Tədbir həmçinin “Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Vətən müharibəsi qazisi Rüfət Salmanov şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qazilər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib, həmçinin 44 günlük Vətən müharibəsindəki xatirələrindən və Azərbaycan Ordusunun qüdrətindən bəhs ediblər.

Tədbirdə Vətən müharibəsi qazilərinin sosial dəstəklə təmin olunmaları istiqamətində işlərin bundan sonra da davam edəcəyi bildirilib.

Paylaş
Baxılıb: 36 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31