Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukrayna parlamentinin deputatı naməlum şəkildə vəfat edib

Ukrayna parlamentinin deputatı naməlum şəkildə vəfat edib

08.10.2021 [11:12]

yeniazerbaycan.com-un “RBK-Ukrayna”ya istinadən verdiyi xəbərə görə,  oktyabrın 7-də Ukraynanın Ali Radasının deputatı Anton Polyakov Kiyevin Dnepr rayonunda ölü tapılıb. Polis orqanlarına istinadən verilən xəbərdə qeyd edilir ki, A.Polyakov taksiyə əyləşmək istəyərkən özünü pis hiss edib, təcili yardım həkimlərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmaylb.

Xəbərdə o da bildirilir ki, deputatın ölümünün səbəbini müəyyən etmək üçün polis hazırda hadisə yerində bütün zəruri ibtidai istintaq hərəkətlərini həyata keçirir. Mərhumun cəsədi isə məhkəmə tibbi ekspertizasına göndərilib.

Bu arada "Ukrayna 24" telekanalına açıqlama verən Kiyev polisinin mətbuat katibi Yulia Qirdvilis ölümün əsas səbəbinin hələlik dəqiq bilinmədiyini deyib.

Deputatın ölümünü Ali Radanın keçmiş spikeri Dmitri Razumkov da təsdiq edib.

Paylaş
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31