Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Gənclər Birliyi ilə “Nur Otan” partiyasının “Jas Otan” gənclər təşkilatı arasında görüş keçirilib

YAP Gənclər Birliyi ilə “Nur Otan” partiyasının “Jas Otan” gənclər təşkilatı arasında görüş keçirilib

08.10.2021 [11:51]

Qazaxıstan Respublikasının Çimkent şəhərində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Qazaxıstanın “Nur Otan” partiyasının “Jas Otan” gənclər qolu arasında ikitərəfli görüş keçirilib.

 

yeniazerbaycan.com xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Yeni Azərbaycan Partiyası və “Nur Otan” partiyasının gənclər təşkilatları arasında yeni əməkdaşlığın yaranmasının, qarşılıqlı səfərlərin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

B.İslamov Azərbaycanın möhtəşəm zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda yeni reallıqlar yaradıb.

 

Bəxtiyar İslamov “Jas Otan” gənclər qolunun sədrini ölkəmizə səfərə dəvət edib.

 

Qazaxıstanın “Nur Otan” partiyasının “Jas Otan” gənclər qolunun sədri Nurcan Jetpispayev rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verərək qarşılıqlı münasibətlərin önəmini diqqətə çatdırıb. Hər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasında təmasların inkişafı baxımından əhəmiyyətini qeyd edib.

 

N.Jetpispayev bir daha Qazaxıstan gəncləri adından Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə münasibətilə təbriklərini çatdırıb.

 

Görüşdə hər iki partiyanın gənclər təşkilatları arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Sonda xatirə hədiyyələri təqdim olunub.

Paylaş
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31