Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hulusi Akardan Azərbaycana növbəti dəstək

Hulusi Akardan Azərbaycana növbəti dəstək

08.10.2021 [12:26]

Türkiyə regionda baş verən dəyişiklikləri yaxından izləyir

 

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ölkəsinin Azərbaycana dəstəyinin davam edəcəyi barədə növbəti açıqlama ilə çıxış edib.

Bu barədə yeniazerbaycan.com Türkiyənin “İhlas” xəbər agentliyinə istinadən  bildirir.

Türkiyə Milli Müdafiə Universitetinin nəzdindəki Dəniz Hərbi məktəbinin 2021-2022 tədris ilinin açılış mərasimində çıxış edən H.Akar regionda hərbi və siyasi sahələrdə baş verən ciddi dəyişikliklər və yenilikləri yaxından izlədiklərini, Türkiyəyə yönəlmiş hər cür risk, təhdid və təhlükəyə qarşı bütün lazımi tədbirlərin alındığını ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin beynəlxalq aləmdə aparıcı mövqeyə çıxdığını vurğulayan H.Akar Türkiyənin təsir və maraq dairəsinin də genişləndiyini söyləyib.

Sözügedən çıxşında H.Akar, həmçinin Türkiyənin azərbaycanlı və liviyalı qardaşlarının yanında olmağa, onların haqq və ədalət naminə yürütdükləri siyasətlərində dəstək olmağa davam edəcəyini də bəyan edib.

Paylaş:
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30