Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Leyla Abdullayeva: Şuşaya səfərlər təşkil etməklə təbliğat-təşviqat işinə töhfə verməyə çalışırıq

Leyla Abdullayeva: Şuşaya səfərlər təşkil etməklə təbliğat-təşviqat işinə töhfə verməyə çalışırıq

08.10.2021 [14:32]

Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər. Məqsəd həm işğal dövründə Şuşada həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar onları, beynəlxalq nümayəndəlikləri ətraflı məlumatlandırmaqdır.

 Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

 “Bundan əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərinə səfəri təşkil olunmuşdu. Bunun ardınca diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərinin və xarici jurnalistlərin səfərini təşkil etməklə biz təbliğat-təşviqat işinə töhfə verməyə çalışırıq”, - deyə Leyla Abdullayeva qeyd edib.

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31