Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nərimanov rayon təşkilatının gəncləri Beynəlxalq Kitab sərgi-yarmarkasında

YAP Nərimanov rayon təşkilatının gəncləri Beynəlxalq Kitab sərgi-yarmarkasında

08.10.2021 [14:55]

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının əməkdaşları və fəal gənclər Bakı Ekspo Mərkəzində açılan Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan VII Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasını ziyarət ediblər. Ziyarət zamanı YAP Nərimanov rayon təşkilatın üzvləri müxtəlif şirkətlərin stendləri ilə yaxından tanış olub, sərgilənən ədəbiyyatlarla maraqlanıblar.

Ziyarətin məqsədi gənclər arasında kitab və mütaliəni təbliğ etmək, gənclərdə buna marağı artırmaq, gəncləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə, kitab mağazaları ilə tanış etmək, eyni zamanda, nəşriyyat işinə dəstək vermək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı gənclərdə təcrübə və fikir mübadiləsini təmin etməkdir.

Qeyd edək ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Baku International Book Fair 2021” kitab sərgi-yarmarkasında nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunur. Sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkət iştirak edir. Oktyabrın 10-dək davam edəcək sərgidəki stendlərdə Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, memarlığı və ədəbiyyatına dair vəsaitlər, o cümlədən Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər sərgilənir.

Paylaş
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31