Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan Bakı-Tbilisi-Qars xəttinin mühüm əhəmiyyətini vurğuladı

Ərdoğan Bakı-Tbilisi-Qars xəttinin mühüm əhəmiyyətini vurğuladı

08.10.2021 [15:13]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi Avropa ilə Uzaq Şərqin birləşdirilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin əhəmiyyətindən danışıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  İstanbul şəhərinin Atatürk Hava Limanında təşkil edilən XII Nəqliyyat və Kommunikasiya Şurasındakı çıxışında dövlət başçısı nəqliyyat və rabitə sahəsinə ölkənin daxilində və xaricdə əldə edilən uğurlardan bəhs edib.

Çindən Aralıq dənizinə qədər uzanan İpək Yolu kimi əhəmiyyətli ticarət xətlərinin keçdiyi regionun önəmindən bəhs edən Türkiyə Prezidenti bölgənin geostrateji əhəmiyyətini heç vaxt itirmədiyini, istehsaldan logistikaya qədər hər sahədə yenidən bir mərkəz olaraq mövqeyini gücləndirdiyini vurğulayıb: “Özümüzlə birlikdə bütün dostlarımızı və qardaşlarımızı bu böyük sıçrayışda birlikdə olmağa və birlikdə hərəkət etməyə dəvət edirik”.

Hazırda 3 min 500 kilometr uzunluğunda yeni dəmir yolu xətlərinin inşasının davam etdiyini də diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryol xətti sayəsində Qərbi Avropadan Uzaq Şərqin ucqar nöqtəsinə qədər fasiləsiz qatar xidməti göstərilməsinin əhəmiyyətini də vurğulayıb.

 

Paylaş
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31