Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əfqanıstanda dəhşətli terror aktı: məsciddə 100-ə yaxın adam ölüb

Əfqanıstanda dəhşətli terror aktı: məsciddə 100-ə yaxın adam ölüb

08.10.2021 [15:38]

Əfqanıstanın Qunduz əyalətindəki Seyid-Abad məscidində partlayış baş verib. yeniazerbaycan.com-un Rusiyanın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 100-ə yaxın insan ölüb.

 

Məscidə hücum yerli vaxtla təxminən 13:30-da, insanlar cümə namazına toplaşanda baş verib. İlkin məlumatlara görə, terrorçu-kamikadze məscidin içərisində partlayıcı qurğunu işə salıb.

TASS agentliyi isə “Taliban”ın nümayəndəsi Məhəmməd Cəlala istinadən hücumun İŞİD-in bir qolu olan “Xorasanda islam dövləti” yaraqlıları tərəfindən törədildiyini bildirib.

 

Xatırladaq ki, buna oxşar hadisə oktyabrın əvvəlində ölkənin paytaxtı Kabildəki İdgah məscidi yaxınlığında törədilib. Ən azı 12 nəfərin öldüyü, 30-dan çoxunun yaralandığı partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Paylaş
Baxılıb: 36 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31