Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Nobel” Sülh Mükafatına bu dəfə jurnalistlər layiq görüldü

“Nobel” Sülh Mükafatına bu dəfə jurnalistlər layiq görüldü

08.10.2021 [16:01]

Nobel Komitəsi 2021-ci il “Nobel” Sülh Mükafatını filippinli jurnalist Maria Ressa və Rusiyanın "Novaya qazeta" qəzetinin baş redaktoru Dmitri Muratovu layiq görüb.

yeniazerbaycan.com-un Türkiyənin  “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  Dmitri Muratov və Maria Ressa “demokratiyaya xidmətlərinə, ifadə azadlığını müdafiə etmək səylərinə görə” “Nobel” Sülh Mükafatına layiq görülüblər.

Norveç Nobel Komitəsinin sədri Berit Reyss-Andersen məsələ ilə bağlı açıqlamasında deyib ki, azad, müstəqil və fakta əsaslanan jurnalistika hakimiyyətdən sui-istifadə, yalan və müharibə təbliğatından qoruyur.

Xatırladaq ki, D.Muratov 1993-cü ildə Rusiyanın "Novaya qazeta" qəzetinin yaradıcılarından biri olub. Filippinli jurnalist və yazıçı Maria Ressa “Rappler Filippin” xəbər portalının həmtəsisçisi və baş direktorudur.

Paylaş
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31