Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nərimanov rayonunda şəhid Əhmədağa İskəndərovun anım mərasimi keçirilib

Nərimanov rayonunda şəhid Əhmədağa İskəndərovun anım mərasimi keçirilib

09.10.2021 [15:44]

Müzəffər Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Əhmədağa Novruz oğlu İskəndərovdur. Oktyabrın 9-da Nərimanov rayonunun sakini olmuş, şəhid  Əhmədağa İskəndərovun anım mərasimi keçirilib.

yeniazerbaycan.com xəbər verir ki,  anım mərasimi ilə əlaqədar Nərimanov rayonunun rəhbərliyi, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər, şəhidin ailə üzvləri və yaxınları  şəhid Əhmədağa İskəndərovun məzarını ziyarət edib, məzarı üzərində gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri Arif  Hümbətov  çıxış edərək şəhidlərimizin heç zaman unudulmadığını, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın şəhid ailələrinin yanında olduğunu, onların qayğılarına xüsusi həssaslıqla yanaşıldığını bildirib.

Anım mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  bildirib ki, ötən il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı.  Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin sayəsində yaşayırıq.

Əhmədağa İskəndərovun ailəsinə başsağlığı verən Abdin Fərzəliyev dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu diqqətə çatdırıb. Qarabağın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və bundan sonra da görüləcək. Biz şəhidlərimizi daim öz qəlbimizdə əbədi yaşadacağıq.

Milli Məclisin sədr müavini Adil Əliyev də çıxışında qeyd edib ki, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu.

Vitse-spiker qeyd edib ki, Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə qürur duyur. Onların qəhrəmanlığı tariximizin qürur səhifəsidir və yetişən yeni nəsillər üçün Əhmədağa İskəndərov kimi oğullar nümunə olacaq.

Şəhidin atası Novruz İskəndərov hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Sonra şəhidin adına  ehsan verilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti  İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Əhmədağa İskəndərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onu da vurğulayaq ki, şəhid Əhmədağa İskəndərov və şəhid polkovnik-leytnant Qərib Baxşəliyevin təhsil aldığı 82 saylı tam orta məktəbdə şəhidlərin xatirə lövhəsinin açılışı olub. Yaradılan xatirə guşəsində şəhid Əhmədağa İskəndərov və Qərib Baxşəliyevlə bağlı məlumatlar qeyd olunaraq onların təltif və medalları yerləşdirilib. Xatirə lövhəsinin açılışında şəhid Əhmədağa İskəndərovun atası Novruz İskəndərov və onun ailə üzvləri, şəhid Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, rayon Bələdiyyəsinin sədri, məktəb kollektivi, rayon gəncləri iştirak edib. Məktəblilər tərəfindən şəhid Əhmədağa İskəndərov və şəhid Qərib Baxşəliyevə həsr olunmuş bədii və video kompozisiyalar təqdim olunub. Müəllim və sinif yoldaşları şəhidilərimizin hələ məktəbli yaşlarından necə vətənə bağlı, qorxmaz və mətin olduqları ilə bağlı öz xatirələrini bölüşüblər.

Xatirə guşəsinin təqdimatından sonra şəhidlərimizin təhsil aldığı və adları verilmiş sinif otaqları ziyarət olunub. Eyni zamanda məktəbdə şəhid Əhmədağa İskəndərovun anım günündə onun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib, şəhidimizin atası ilk gedişi edərək turniri açıq elan edib. Sonda qaliblər şəhid ailələrinin iştirakı ilə mükafatlandırılıb.

Paylaş
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31