Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MM Respublika Günü və Dövlət Müstəqilliyi Günü ilə bağlı layihəni müzakirə edir

MM Respublika Günü və Dövlət Müstəqilliyi Günü ilə bağlı layihəni müzakirə edir

11.10.2021 [11:49]

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

yeniazerbaycan.com-un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.

 

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

 

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Paylaş
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31