Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müşfiq Cəfərov: Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Müşfiq Cəfərov: Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

11.10.2021 [12:14]

Müasir Azərbaycan Respublikası 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və daim bu varisliyə sadiqlik nümayiş etdirmişdir

 

Yap.orq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov öz açıqlamasında qeyd edib.

 

O bildiribki, Milli Məclisə təqdim olunan yeni qanun layihəsi  18 oktyabr və 28 may tarixi günlərinin adlarındakı dəyişikliklə bağlıdır. Əslində yenilik Vətən müharibəsində ordumuzun əldə etdiyi tarixi qələbə ilə birbaşa ələqəlidir.  Belə ki, 44 günlük döyüş əməliyyatları ərzində ərazi bütövlüyünün bərpa edilməsi nəticəsində dövlət suverenliyi və dövlət müstəqilliyi ilə bağlı rəmzi hadisələrə yenidən daha sistemli bir şəkildə baxılması zərurəti yarandı.

 

Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı. Yeni qanun layihəsinin əsas məqsədi bu məsələləri tamamilə rəsmiləşməsi və Ermənistanın əlində şüar tutduğu bir texniki səhvi aradan qaldırmaqdır.

 

Müşfiq Cəfərovun sözlərinə görə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü adlandırılsa da, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Digər tərəfdən, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında qeyd edilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Göründüyü kimi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib, nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş məhz bu uyğunsuzluğu aradan qaldırmaqdır.

 

28 May tarixinin “Müstəqillik günü”, 18 Oktyabr tarixinin isə “Müstəqilliyin bərpası günü” kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin sırf 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Müasir Azərbaycan Respublikası 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və daim bu varisliyə sadiqlik nümayiş etdirmişdir.

Paylaş
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31