Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağdaşda Vətən müharibəsi şəhidi Yusif Nəbiyevin ildönümü mərasimi keçirilib

Ağdaşda Vətən müharibəsi şəhidi Yusif Nəbiyevin ildönümü mərasimi keçirilib

11.10.2021 [12:45]

Ağdaş rayonunun Tatlar kəndində Vətən müharibəsi şəhidi Nəbiyev Yusif Elton oğlunun ildönümü mərasimi keçirilib.

 

 Mərasimdə  Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər, yap.orq.az xəbər verir. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış,  ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

 

Qeyd edək ki, Nəbiyev Yusif Elton oğlu 27 may 2002-ci il tarixdə Ağdaş rayonunun Tatlar kəndində anadan olmuşdur. Yusif Nəbiyev Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 10-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Aşağı Zeynəddin kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” və  “Hərbi xidmətlərə görə”  medalları ilə təltif olunmuşdur.

Paylaş
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31