Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göygöldə Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsi yad edilib

Göygöldə Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsi yad edilib

11.10.2021 [12:56]

Göygöl rayonunda Vətən müharibəsi zamanı həlak olan Maqsud Vüqar oğlu Məmmədovun şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak ediblər.  

 

Qeyd edək ki, 1 yanvar 1992-ci ildə Göygöl şəhərində anadan olan Maqsud Vüqar oğlu Məmmədov 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə, Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edib. Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Maqsud Məmmədov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Paylaş
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31